Daşkəsəndə yağan qarın qalınlığı 30 sm-ə çatıb - FOTO

 Daşkəsəndə yağan qarın qalınlığı 30 sm-ə çatıb - FOTO

Daşkəsəndə yağan qarın qalınlığı 30 sm-ə çatıb - FOTO


 

Mayın 14-ü axşam saatlarından başlayaraq Daşkəsən rayonunun Qabaqtəpə, Astaf, Əmirvar, Gurbulaq və Xoşbulaq kəndlərinə qar yağıb.

Asayis.az  apa-ya istinadən xəbər verir ki, bəzi kəndlərdə vətəndaşların təsərrüfatlarına və fərdi yaşayış evlərinə ziyan dəyib.

Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir.

Yağan qarın qalınlığı kəndlərdə 5-10 santimetr, yüksək dağ ərazilərində 15-30 santimetrə çatıb.

Qarın yağması elektrikin, suyun, qazın verilişində və rayon mərkəzi ilə kəndlər arasında yollarda hərəkətə müəyyən problemlər yaratsa da, Daşkəsən Rayon İcra Hakimiyyəti yerli yol istismar idarəsi ilə birgə qabaqlayıcı tədbirlər görür.

11:54 - 15 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin