Müdafiə Nazirliyi məlumat yaydı

 Müdafiə Nazirliyi məlumat yaydı

Mayın 14-ü saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm minaatanlardan atəşə tutub.

Asayis.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

10:17 - 15 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin