Qobustanda kişi əkin sahəsində qəfil öldü

 Qobustanda kişi əkin sahəsində qəfil öldü

Qobustan sakini əkin sahəsində qəfil vəfat edib.

Asayis.az xəbər verir ki, hadisə dünən saat 18:40 radələrində Qobustan şəhəri yaxınlığındakı sahədə baş verib. Ərazidə əkin işləri ilə məşğul olan Zahid Rəcəbov özünü pis hiss edib və qəfil yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Yaxınları Z.Rəcəbovun son vaxtlar qan təzyiqinin yüksəkliyindən əziyyət çəkdiyini bildiriblər.

14:00 - 13 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin