Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn olunacaq — FOTO

 Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn olunacaq — FOTO

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhərinin sakini olub.

Asayis.az “Report”a istinadən xəbər verir ki, o, bu gün Qəbələ şəhərində dəfn olunacaq.

2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu olub.

09:30 - 13 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin