Məhbus işgəncə ilə öldürüldü

 Məhbus işgəncə ilə öldürüldü

İranın Tehran həbsxanasında təhlükəsizlik qüvvələri tərəfindən döyülən və işgəncələrə məruz qalan Saman Dərvişi adlı məhbus həyatını itirib.

Asayis.Az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Qeyd edilir ki, Dərvişi mayın 8-də axşam saatlarında dünyasını dəyişib.

Həbsdə olarkən bir zabitə xəsarət yetirdiyinə görə ötən il hökumət qüvvələrinin onu ağır zərbələrə və işgəncələrə məruz qoyduğu bildirilir. Məhz bu zorakılıqlar nəticəsində Dərvişi koma vəziyyətinə düşüb.

 

 

17:29 - 12 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin