Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin bağlanması ilə bağlı addımlar atıla bilər

 Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin bağlanması ilə bağlı addımlar atıla bilər

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki fəaliyyətini biz müharibənin əvvəlindən istisna etmişdik".

Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bildirib. 

O qeyd edib ki, təkcə Qarabağ münaqişəsində deyil, bir çox müharibələrdə belə məsələlərdə bu təşkilata həvalə edilir:



"Yəni, ona icazə verilir ki, fövqaladə kontekstdə işləsin. Bu yeganə təşkilatdır ki, biz buna istisna etmişik".

Fərid Şəfiyevin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin Ermənistana bağlı olması məsələsinə də toxunub:

"Ötən əsrin 90-ci illərin əvvəllərində bu qərar qəbul olunub. İndi təbii ki, vəziyyət dəyişir. Ola bilsin ki, bununla bağlı gələcəkdə müəyyən tələblər də irəli sürüləcək".
 

17:19 - 12 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin