"Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki fəaliyyətini biz müharibənin əvvəlindən istisna etmişdik".
Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bildirib.
O qeyd edib ki, təkcə Qarabağ münaqişəsində deyil, bir çox müharibələrdə belə məsələlərdə bu təşkilata həvalə edilir:
"Yəni, ona icazə verilir ki, fövqaladə kontekstdə işləsin. Bu yeganə təşkilatdır ki, biz buna istisna etmişik".
Fərid Şəfiyevin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin Ermənistana bağlı olması məsələsinə də toxunub:
"Ötən əsrin 90-ci illərin əvvəllərində bu qərar qəbul olunub. İndi təbii ki, vəziyyət dəyişir. Ola bilsin ki, bununla bağlı gələcəkdə müəyyən tələblər də irəli sürüləcək".