“Normal geyimdə getsəydik, effekt verməyəcəkdi” - Təmsilçilər - VİDEO

 “Normal geyimdə getsəydik, effekt verməyəcəkdi” - Təmsilçilər - VİDEO

 

Ölkəmizi bu il “Avroviziya” təmsil edən, lakin finala keçə bilməyən Tural və Turan Bağmanovlar çox danışılan firuzəyi xalıdakı obrazları barədə açıqlama veriblər.

OLAY-a özəl müsahibə verən ifaçılar fərqlənmək istədiklərini, geyimlərini çox sevdiklərini deyiblər.

Gənc müğənnilər həmçinin, tənqidlərə də cavab veriblər: 

“Öz adımızdan danışsaq, biz o geyimi o qədər sevdik ki... Bunu necə izah edim, bilmirəm. Xalıdakı geyimimiz səhnə geyimimizdən də qəşəng idi. Saç, makiyaj – ümumilikdə hər şey çox yaxşı idi. Bu, incəsənətdir. Məsələn, bəzi musiqiləri kimsə bəyənə, kimsə sevməyə bilər. Geyim də elədir. Bu, sadəcə bir obrazdır. 

Əslində, geyimimiz həm “vamp”, həm də ispansayağı, Asiya stilində idi. Çox maraqlı bir obrazdır. Həmin firuzəyi xalıda hansı təmsilçinin maraqlı geyimi varsa, hamı birinci ondan müsahibə alırdı. 

Avropanın bilirsiniz obrazımızdan, geyimimizdən xoşu gəldi? “Dəli” olmuşdular. İndiyə qədər danışırlar. Biz oraya normal geyimdə getsəydik, heç bir effekti olmayacaqdı. Heç Azərbaycanda kişi modasının gözəl olmasından xəbərləri olmayacaqdı. Amma indi deyirlər ki, görün, Azərbaycanda nələr baş verir? Yarışa gəldikdə isə niyə mən hansısa ölkədən arxada qalmalıyam?”.
 

16:58 - 12 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin