"Ermənistan zərbə PUA-ları tətbiq edir" - MN

Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.

Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir.

Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur.

14:56 - 12 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin