Azərbaycanın üçqat paralimpiya çempionu dünya rekorduna imza atdı

 Azərbaycanın üçqat paralimpiya çempionu dünya rekorduna imza atdı

Azərbaycan para-üzgüçüsü Roman Saley dünya rekorduna imza atıb.

Milli Paralimpiya Komitəsindən Asayis.Az-a verilən məlumata görə, üçqat paralimpiya çempionu Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində 200 metrəyə sərbəst üzmədə 01.58.36 nəticə göstərib.

Dünya rekordunu yeniləyən idmançı yarışın final mərhələsinə vəsiqə qazanıb.

Bundan başqa, Saley 100 metr məsafəyə "butterfly" üsulu, millinin digər üzvü, paralimpiya çempionu Vəli İsrafilov isə 100 metrəyə brass üsulu ilə üzmədə finala yüksəliblər.

09:46 - 12 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin