“Avroviziya... Əşi, mən nəyə görə Avroviziyaya getməliyəm? Getdim, sözümü dedim, birinci yeri götürdüm, vəssalam da!”
Asayis.Az Olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı deyib.
O, təmsilçilərimiz Tural və Turan Bağmanovların firuzəyi xalıdakı geyimlərinə də münasibət bildirib:
“Mən neynirəm Avroviziyanı? Aparıblar ora uşaqları. Onlar da hamısı “atan-tutan” oğlanlardılar, “ağır” uşaqlardılar. Bunlar elə paltarlar geyiniblər, uşaqların acığına gəlib.
O paltar nə idi, başına dönüm sənin? Bir nəfər oxuyan var idi, özü də ütüləmirdi o paltarı. Elə onun paltarlarından idi. Gövhər Həsənzadə birinci musiqini yazmışdı, tarla oxunan çox gözəl idi (Aysel ft. Arash – “Always” – red.), ötənilki mahnı da çox gözəl idi. Mənasını çox adam başa düşmürdü. Oraya da bizim milli musiqimiz salınmışdı – “Yallı” salınmışdı, biz böyük bir söz dedik (Efendi – “Mata Hari” - red.)”