Müştəri qiymətlə razılaşmadı, sürücünü bıçaqladı

 Müştəri qiymətlə razılaşmadı, sürücünü bıçaqladı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Asayis.Az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan 1992-ci il təvəllüdlü Məmmədov Emil Nurməmməd oğlu bıçaqlanıb.

Hadisəyə səbəb müştərinin qiymətlə razılaşmaması olub.

Aralarında yaranan mübahisədə sərnişin sürücünü bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır./APA

11:18 - 10 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin