Messi bu ölkədə oynaya bilər - 400 milyon dollarlıq müqavilə

 Messi bu ölkədə oynaya bilər - 400 milyon dollarlıq müqavilə

Argentinalı futbolçu Lionel Messi blokbaster müqaviləsi ilə Səudiyyə Ərəbistanında oynayacaq. 
Asayis.Az 
xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbə AFP-yə bildirib. 

Mənbə Messinin artıq gələn mövsüm Səudiyyə klubunda olacağını deyib. 

Qeyd edək ki, "Paris Saint-Germain" klubu Messinin müqaviləsinin iyunun 30-na kimi qüvvədə qalacağını açıqlayıb. 

Xatırladaq ki, Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubundan rəsmi təklif alıb. Məlumata görə, klub Messiyə ildə təxminən 400 milyon dollarlıq müqavilə təklif edib. 

17:18 - 9 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin