Argentinalı futbolçu Lionel Messi blokbaster müqaviləsi ilə Səudiyyə Ərəbistanında oynayacaq.
Asayis.Az xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbə AFP-yə bildirib.
Mənbə Messinin artıq gələn mövsüm Səudiyyə klubunda olacağını deyib.
Qeyd edək ki, "Paris Saint-Germain" klubu Messinin müqaviləsinin iyunun 30-na kimi qüvvədə qalacağını açıqlayıb.
Xatırladaq ki, Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubundan rəsmi təklif alıb. Məlumata görə, klub Messiyə ildə təxminən 400 milyon dollarlıq müqavilə təklif edib.