"Qoymayın iki gənc istedadı ləkələsinlər"

Əməkdar artist Səbinə Babayeva "Avroviziya 2023" təmsilçilərimiz Turan və Tural Bağmanov qardaşları ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni yarışmanın açılış mərasimindəki geyimlərinə görə tənqid edilən əkizlərin müdafiəsinə qalxıb.

"Hamıya demək istəyirəm ki, geyimi qrupdakı stilistlər seçir. Uşaqları qınamayın, söyməyin. Bütün sualları stilistlərə ünvanlayın. Qoymayın, bu iki gənc istedadı, təmsilçilərimizi ləkələsinlər" deyə, Səbinə yazıb.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycanı "Avroviziya" müsabiqəsində təmsil edib.

15:49 - 9 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin