Bakıdan Türkiyəyə seçki bülletenləri göndərildi - FOTOLAR

 Bakıdan Türkiyəyə seçki bülletenləri göndərildi - FOTOLAR

Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının istifadə etdikləri seçki bülletenləri Ankaraya göndərilib.
Asayis.Az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı məlumat yayıb. 

"Bakıdan yola çıxan millətin iradəsini əks etdirən bülletenlər bizim YSK-ya (Ali Seçki Şurası - red.) çatdırıldı. Ölkəmizə, millətimizə, gələcəyimizə xeyirli olmasını arzu edirik", - diplomat vurğulayıb.

Qeyd edək ki, 14 mayda Türkiyədə keçiriləcək parlament və prezident seçkiləri üçün ölkə xaricində səsvermə prosesi 27 aprel tarixindən start götürüb.





 

 

17:19 - 8 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin