ABŞ-nin Texas ştatının Allen şəhərində ticarət mərkəzində baş verən atışma nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Asayis.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Kanalın məlumatına görə, başqa çağırışla mərkəzin yaxınlığında olan polis əməkdaşları atəş səslərini eşidib və atəş açan şəxsi məhv ediblər. 6 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Daha 7 yaralı xəstəxanaya yerləşdirilib./APA