Rusiyanın "Vaqner" terrorçu qrupu mayın 10-da Baxmutu tərk edəcək. Buna səbəb "Vaqner"in ötən gün Ukraynada çoxlu sayda itki verməsidir.
Asayis.Az xəbər verir ki, bununla bağlı qrupun rəhbəri Yevqeni Priqojin videogörüntülü açıqlama verib.
Yevqeni Priqojin verdikləri böyük itgilərə görə, Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini ittiham edib.
O, yerə səpələnmiş meyitləri göstərərək deyib:
"Bizdə 70 faiz sursat çatışmazlığı var. Şoyqu, Gerasimov, qancıq balaları, hanı sursatlar? Siz iyrənc məxluqlar bahalı klublarda oturursunuz. Övladlarınız yutubda rolik çəkir. Burada ölən uşaqlar kiminsə atası, balasıdır.
Hesab edirsiniz ki, həyatın sahibi sizsiniz?
Elə bilirsiniz sursat anbarları sizdədir deyə, buna haqqınız var?
Elementar hesablamadır: Sursatı normada verəndə itki beş dəfə az olur. Onlar bura könüllü gəliblər və sizin kabinetdə piy bağlamağınız üçün ölürlər. Bunu unutmayın!".
Demokrat.az