Məşhur içki kişilərin cinsi sağlamlığına təhlükə yaradır

 Məşhur içki kişilərin cinsi sağlamlığına təhlükə yaradır

Həddindən artıq pivə istehlakı kişi libidosunu azaldan hormonal disbalansı inkişaf etdirir.

Asayis.Az xəbər verir ki, bu barədə rusiyalı uroloq-androloq Hüseyn Sadıqov xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, pivənin tərkibində fitohormonlar var və onların strukturu qadın cinsi hormonları estrogeninə oxşardır. Bu maddələrin bədənə uzunmüddətli təsiri isə kişi cinsi sağlamlığına dağıdıcı təsir göstərir.

“Testosteron və estrogenlərin disbalansı yaranır, bu da abdominal və ümumi piylənmənin, hiperkolesterolemiyanın, hipoqonadizmin, insulin müqavimətinin inkişafına səbəb olur. Bu patologiyalar erektil funksiyaya mənfi təsir göstərir”, - deyə Sadıqov xəbərdarlıq edib.

Mütəxəssis əlavə edib ki, istənilən spirtli içkidən müntəzəm istifadə kişinin cinsi sağlamlığına pis təsir edir. Onun sözlərinə görə, alkoqol qaraciyər və mədəaltı vəziyə zərər verir, bu da erektil disfunksiya və digər cinsi pozğunluqlara səbəb olan müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

 

Oxu.az

12:56 - 5 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin