Mayın 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib.
Asayis.az xəbər verir ki,bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Rəsmi məlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.