Bakıda şirkətin vəzifəli şəxsi intihara cəhd etdi

 Bakıda şirkətin vəzifəli şəxsi intihara cəhd etdi

Bakıda vəzifəli şəxs intihara cəhd edib.

Asayis.az-ın əldə etdiyi məlumata görə, hadisə İçərişəhərdə - Əziz Əliyev küçəsi 15-in qarşısında baş verib. “Yapsan” MMC-nin direktor müavini, 1982-ci il təvəllüdlü R.Ş. küçədə ülgüclə bilək nahiyəsini kəsib. Ətrafdakı şəxslərin köməkliyi ilə o, xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, R.Ş-nin rəhbər şəxs kimi çalışdığı şirkətin külli miqdarda vergi borcu var və onun bu məsələ ilə əlaqədar intihara cəhd etdiyi istisna deyil.

Araşdırmalar davam etdirilir.

16:00 - 4 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin