"Xahiş edirəm, Bakıda da alt paltarında oxusun"

Amerikanın dünyaca məşhur "Imagine Dragons" rok qrupu Bakıya gələcək.

Asayis.Az xəbər verir ki, "Mercury World Tour" adlı dünya turnesinı hazırlaşan ifaçıların konserti sentyabrın 2-də gerçəkləşəcək.

Aparıcı Hüsniyyə Məhərrəmova qrupun səfəri ilə bağlı paylaşım edib. O, instaqramda yayımladığı fotoda "Kosmos məni eşitdi, "Imagine Dragons" qrupu Bakıda... Amma xahiş edirəm, Ben Reynolds Bakıda da alt paltarında oxusun" sözlərini qeyd edib.

Qeyd edək ki, qrup dörd nəfərdən ibarətdir: frontmen Den Reynolds, bas-gitaraçı Ben Maki, gitaraçı Ueyn Sermon və təbilçi Den Platsman.

 

Axşam.az

17:01 - 3 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin