“Ermənistanın sülh sazişi layihəsinə verdiyi şərhlərdə yenidən Azərbaycana qarşı ərazi iddiaları yer alıb”.
Asayis.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxaq konfransda çıxışı zamanı deyib.
Qeyd edək ki, bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda Şuşada beynəlxaq konfrans keçirilir.