Şərti Azərbaycan-Ermənistan sərhədində yeni qurulan "Laçın" sərhəd nəzarət-buraxılış məntəqəsinə "Smiths Detection" skanerləri gətirilib.
Asayis.Az xatırladır ki, bu skanerlər əl yükündə partlayıcı maddələrin avtomatik aşkarlanması üçün müasir multiproyeksiyalı rentgen sistemləridir.
Aşkarlama səmərəliliyi baxımından bu skanerlər digər avtomatik sistemlərdən əhəmiyyətli dərəcədə üstündür.
Xatırladaq ki, aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri Laçın yolunun başlanğıcında, Ermənistanla sərhəddə Həkəri çayının üstündəki körpüdə sərhəd nəzarət-buraxılış məntəqəsi qurub.
Demokrat.az