Azərbaycanda azyaşlının ölümünə səbəb olan polis zabiti həbs edildi - FOTO

 Azərbaycanda azyaşlının ölümünə səbəb olan polis zabiti həbs edildi - FOTO

Ötən il iyulun 7-də saat 17 radələrində Xətai rayonu ərazisində, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında idarə etdiyi “Ford Mustang” markalı idman avtomobili ilə ana və oğlunu vuran polis zabiti həbs edilib.

Asayis.az  "Qafqazİnfoya"istinadən xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi ilə iş açılan Xızı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Telman Şəhriyar oğlu Kərimova hökm oxunub. 1990-cı il təvəllüdlü Əhmədova Qənirə Rasim qızı və onun 6 yaşlı övladı Əhmədov Murad Abbas oğlunu maşınla vuran və azyaşlının ölümünə səbəb olan polis zabitinə 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə həbs cəzası verilib. Xətai Rayon Məhkəməsinin hökmü ilə o, məhkəmə zalındaca həbs edilib. 28 yaşlı Telman Kərimovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.

 

Məhkəmə prosesində Telman Kərimov özünü təqsirli bilməyib. O, ifadəsində deyib: “Belə bir hadisənin baş verməsini heç zaman istəməzdim. Murad Əhmədovun həyatda qalması üçün hər cür addım atdım, onları xəstəxanaya çatdırdım. Özüm və yaxın qohumlarım tərəfindən bir neçə dəfə barışığa cəhd edilib. Maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı hər cür addım atmağa hazıram”.

16:25 - 1 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin