Rejissor və ssenarist İsmail Günəş İstanbulun Maltepe şəhərində toy karvanındakı şəxslər tərəfindən döyülüb.
Asayis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İ.Günəşin həyat yoldaşının gözləri önündə baş verib.
Belə ki, həyat yoldaşı ilə idman etmək üçün sahilə gedən rejissor küçədə siqnal çalaraq irəliləyən toy karvanına xəbərdarlıq edib. Bu zamn karvandakı bir qrup şəx Günəşə hücum edib.
Döyülmə nəticəsində xəsarətlər alan rejissora hadisə yerinə çağırılan təcili yardımdakı səhiyyə əməkaşları tərəfində ilkin müdaxilə edilib. Daha sonra Lütfi Kırdar Şəhər Xəstəxanasına aparılıb. Günəş xəstəxanada müalicəsinin ardından evə buraxılıb.
Hadisəni törətməkdə günahlandırılan 4 nəfər saxlanılıb. Şübhəlilər polis bölməsində ifadə verdikdən sonra sərbəst buraxılıblar.