“10 dəfə salam verirəm, birini götürür, ya götürmür” - Ağamirzə

 “10 dəfə salam verirəm, birini götürür, ya götürmür” - Ağamirzə

Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Kərim Novruzovdan (Ağakərim) xəbər var.

Asayis.Az xəbər verir ki bu barədə olay-a sənətçinin yaxın dostu, həmkarı Ağamirzə Məmmədov məlumat verib.

O bildirib ki, söz utsasının səhhətində bir dəyişiklik yoxdur:

"Kərimin yanına gedirəm. Lakin 1 dəqiqədən artıq əyləşə bilmirəm. On dəfə salam verirəm, birini götürür, ya götürmür. Çox vaxt da cavab vermir. Ancaq gözümün içinə, ora-bura baxır. Nə əyləşə, nə danışa, nə də yeriyə bilir. Kərim də içində olmaqla Allah bütün xəstələrə şəfa versin".

14:18 - 1 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin