Putin həbs edilə bilər - Bu öıkə xəbərdarlıq etdi

 Putin həbs edilə bilər - Bu öıkə xəbərdarlıq etdi

Cənubi Afrika Respublikasının hakimiyyət orqanları Rusiya Federasiyasına qeyri-rəsmi xəbərdarlıq edib ki, prezident Vladimir Putin BRİKS sammiti üçün ölkəyə səfər edərsə, Beynəlxalq Cinayət Məhkəməsinin qərarı əsasında onu həbs edəcəklər.

Asayis.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “The Sunday Times” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, CAR hakimiyyəti Kremli səfər ideyasından imtina etməyə razı salmağa çalışır.

Adları açıqlanmayan yüksək vəzifəli məmurlar qeyd ediblər ki, Pretoriya Moskva ilə danışıqlar aparır və Putinə videobağlantı vasitəsilə BRİKS sammitində iştirak etməyi təklif edib.

“Bizim Putini həbs etməmək variantımız yoxdur. O, bura gələrsə, həbs etməli olacağıq”, – CAR hakimiyyət nümayəndəsi bildirib.

 

13:51 - 1 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin