İranda polis rəisi öldürüldü

 İranda polis rəisi öldürüldü

Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində polis rəisi öldürülüb.

Bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında naməlum şəxslər Saravan polis rəisi Əlireza Şəhrakinin maşınına atəş açıb.

Hadisə nəticəsində mayor Şəhraki ölüb, həyat yoldaşı isə ağır yaralanıb.

Atışmanı törədən şəxs və ya şəxslərin axtarışları davam edir./APA

14:57 - 30 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin