Polis zabiti yol qəzasında öldü

 Polis zabiti yol qəzasında öldü

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Asayis.Az-a verilən məlumata görə, aprelin 29-da saat 23 radələrində Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub. Nəticədə S.Əliyev hadisə yerində dünyasını dəyişib, digər sürücü xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

S.Əliyev polis zabiti olub, Gədəbəy RPŞ-də xidmət edirdi.

14:00 - 30 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin