Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək.
Asayis.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST”də çıxışı zamanı bildirib.
O qeyd edib ki, artıq layihənin təməli atılıb və 1 il ərzində həmin evlər zəlzələ zamanı evlərini itirmiş şəxslərə təhvil veriləcək.
Ərdoğan qeyd edib ki, şəhərcikdə məktəb, məscid və digər tikililər də inşa ediləcək.//APA