Ermənistan XİN rəhbəri Ararat Mirzoyan aprelin 30-da ABŞ-a səfər edəcək.
Asayis.Az APA ə-ya istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.
Qeyd olunub ki, Mirzoyanın Vaşinqtona işgüzar səfəri çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair saziş üzrə müzakirələrin növbəti mərhələsi planlaşdırılır.