Bu şəxslər ömürlük həbs ediləcək

 Bu şəxslər ömürlük həbs ediləcək

Rusiya Prezidenti Vladimir Putin dövlətə xəyanətə görə ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan qanun imzalayıb.

Sənəd hüquqi dövlət saytında dərc olunub.

Qanuna əsasən, vətəndaşlar casusluq, dövlət sirri təşkil edən məlumatları əcnəbilərə vermək, düşmən tərəfə keçmək və s. cinayətlərə görə ömürlük həbs cəzası ala bilərlər. Bundan əvvəl isə qeyd edilən maddə üzrə ən yüksək cəza 20 ilədək həbs cəzası və 500 min rubl təşkil edirdi.

Qanunun qəbul olunması ilə həmçinin insanlar üçün ölüm təhlükəsi yaradan və ya vəziyyətin sabitliyini pozmağa yönəlmiş terror aktlarına görə də məsuliyyət sərtləşdirib və 20 ilədək (hazırda 15 ildir) həbs cəzasını nəzərdə tutur.

Eyni zamanda, terror birliyində iştiraka görə cəza da 10 ildən 15 ilədək artırılıb.

 

 

Pravda.az

10:58 - 29 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin