“İş adamlarının Xankəndində satılan evləri almaları ilə bağlı irəli sürülən təklifə çox müsbət yanaşıram. Çünki Xankəndi bizim torpağımızdır. Vətəndaşlarımız orada ev alıb məskunlaşsalar, daha yaxşı olar. Vaxtilə Xankəndində çox azərbaycanlı yaşayıb. Onların dədə-baba yurdlarına qaytarılması razılaşmada göstərilsə də, rus sülhmərmalıları razılaşmaya əməl etmədilər. Ermənilər bizimlə yaşamaq istəsələr, bunda heç bir problem yoxdur. Cənab Prezident dəfələrlə deyib, biz də bu arzuları yerinə yetirməkdən ötrü həmişə hazır olmalıyıq. Qarabağdakı ermənilər bizim vətəndaşlarımızdır, onlar vətəndaşlığımızı qəbul edib, Xankəndində qalıb yaşaya bilərlər”.
Asayis.Az xəbər verir ki, bu sözləri açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
“Evlərini satıb gedirlərsə, əlbəttə ki, iş adamlarının, imkanlı şəxslərin bu evləri alması, o cümlədən Qərbi azərbaycanlıların Xankəndinə köçməsi daha yaxşı olar. Düşünürəm, ermənilər Xankəndindəki bütün evləri satsalar, biz alsaq, bu, daha da yaxşı olar. Orada fabrik və zavodlar yaradıb, böyük iş qurmaq mümkündür. Hətta gələcəkdə paytaxtı da Xankəndinə köçürmək olar. Bunların hamısı real söhbətlərdir. Düşünürəm, gələcəkdə hamısı zaman-zaman yerinə yetiriləcək”, - partiya sədri bildirib.
Pravda.az