“Azərbaycan ümid edir ki, Rusiya onunla münasibətlərini korlamaq və Qarabağda güc qarşıdurmasına girmək istəməz”.
Asayis.Az xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Aleksandrov deyib.
O qeyd edib ki, insanlar getdikcə bölgəni tərk edəcək, Qarabağ ömürlük cəlbedici olmayacaq və 2025-ci ildə Azərbaycan Rusiya sülhməramlılarının çıxarılmasını tələb edəcək, öz qoşunlarını ora daxil edəcək.
“Həmin vaxt eskalasiya mümkün olacaq”, - deyə Aleksandrov bildirib.
Ekspert hesab edir ki, İlham Əliyev Rusiya sülhməramlılarına birbaşa hücumun Rusiyanı reaksiya verməyə məcbur edəcəyini anlayaraq Saakaşvili kimi hərəkət etməyəcək.
“Bakı kiçik addımlar taktikası ilə hərəkət edəcək, Qarabağda mövqelərini irəli çəkəcək və başqa əməliyyatlara əl atacaq”, - deyə Aleksandrov bildirib.
O vurğulayıb ki, Azərbaycan Ukraynadakı vəziyyətdən istifadə edir.
“Azərbaycan ümid edir ki, Rusiya onunla münasibətlərini korlamaq və Qarabağda güc qarşıdurmasına girmək istəməz. Buna görə də Bakı təzyiq göstərir. Ukrayna münaqişəsi olmasaydı, Azərbaycan belə riskə getməzdi”, - deyə politoloq sözlərini yekunlaşdırıb.
Ordu.az