Rusiyalı oliqarx Tatyana Bakalçukun idarə etdiyi "Wildberries" adlı pərakəndə satış şirkətində qadın işçilər hər gün çılpaq axtarışlara məruz qalır.
Asayis.Az xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkələrə sızdırılan video görüntülərdə qadın işçilərin qadağan olunmuş əşyaları içəri və ya çölə çıxarmamaq üçün paltarlarını soyunmağa məcbur edildiyi görünür.
Sankt-Peterburqda çəkilmiş videoda qadın rəhbərlər tərəfindən qadın işçilərin alt paltarlarına qədər soyunmağa məcbur edildiyi əks olunub. Müxtəlif məlumatlara görə, bu proses həm səhər, həm də axşam baş verir.
İddialara görə, “Wildberries” adlı şirkətin rəhbəri Tatyana Bakalçuk Rusiya prezidenti Vladimir Putinin yaxın dostudur.
Bildirilib ki, 7 uşaq anası olan 47 yaşlı Bakalçuk Kremllə sıx əlaqələri olan ingilis dili müəllimidir. Onun “Wildberries” platforması 48 000-dən çox işçisi olan Rusiyanın ən böyük onlayn bazarıdır.
Baku.ws