Tanınmış ayətullah qətlə yetirildi

 Tanınmış ayətullah qətlə yetirildi

İranın Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani bu gün, aprelin 26-da Babolsər şəhərində silahlı hücum zamanı öldürülüb.

Asayis.Az xəbər verir ki, bu haqda Mazandaran valisinin siyasi-təhlükəsizlik üzrə müavini Ruhullah Sələqi məlumat verib.

Məlumata görə, İran Milli Bankının Babolsər filialında şəxsi bank məsələlərini həll etməkdə olan Ayətullah Süleymani silahlı şəxsin hücumuna məruz qalaraq dünyasını dəyişib.

Şahidlərdən biri hadisənin təfərrüatları barədə deyib:

"Ayətullah Süleymani bankda oturarkən hücum edən şəxs bankın mühafizəçisinin silahını qəfildən ələ keçirərək ona atəş açıb. Hadisə nəticəsində üç nəfər də yaralanıb”.

Qeyd edək ki, qətlə yetirilən din xadimi İranın ali rəhbəri Əli Xameneyinin Sistan və Bəluçistan əyalətindəki keçmiş nümayəndəsi və etnik bəluçların yaşadığı Zahidan şəhərinin sabiq imam-cüməsi olub.

Qatilin təhlükəsizlik qüvvələri tərəfindən artıq həbs edildiyi bildirilir./Qaynarinfo

 

 

13:56 - 26 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin