Aprelin 26-da Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub.
Asayis.Az-ın xəbərinə görə, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tariyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub.
Qeyd edək ki, Xəzər Babaşov Tərtər Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı bildirilir.
APA