“Zəngəzur dəhlizinə aid öhdəlik müddətsizdir” - Tofiq Zülfüqarov

 “Zəngəzur dəhlizinə aid öhdəlik müddətsizdir” - Tofiq Zülfüqarov

"Təxminən 10 gün bundan əvvəl Ermənistanda hökumətin iclası oldu. Orada Paşinyan özü açıq şəkildə bəyan etdi ki, biz Zəngəzur dəhlizini açsaq belə, eksteriallıq nəzərdə tutulmayacaq. Yəni, açıq şəkildə Ermənistan hökuməti bəyan edib ki, onlar 10 noyabr Bəyanatından irəli gələn öhdəliklərindən imtina ediblər".

Asayis.Az bu fikirləri açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, hüququ baxımından Azərbaycan da öz növbəsində bəzi öhdəliklərə düzəliş edib:

“Yəni, artıq Azərbaycan 2025-ci ildə nəzərdə tutulan addımı atıb. Xüsusilə qeyd etmək istəyirəm ki, 10 noyabr sənədində göstərilib ki, Azərbaycan 5 illik müddətinə öhdəlik götürüb. Amma, Zəngəzur dəhlizinə aid öhdəliyi müddətsizdir. Çünki, orada eksterial funksiyasını rus sərhədçiləri həyata keçirməlidir. Demək olar ki, Ermənistan da öz tərəfindən artıq öhdəliklərdən imtina edib. 

Digər öhdəliklərin icrasını isə ya uzadırdı, ya da tamamilə etmirdi. Ona görə də,  Azərbaycan da bu addımı atmalı oldu".

 

Demokrat.az

11:59 - 26 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin