Laçın yolundakı keçid məntəqəsinin yaxınlığında məlumat lövhəsi quraşdırılıb.
Asayis.Az xəbər verir ki, lövhədə "Diqqət! Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz!" sözləri yazılıb.
Xatırladaq ki, iki gün öncə Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üstündəki körpüdə sərhəd nəzarət-buraxılış məntəqəsi qurub.