Sumqayıtda sürücü avtomobili idarə edərkən sükan arxasında vəfat edib.
Asayis.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin girişində baş verib. "KIA Rio" markalı avtomobilinin sürücüsü, Siyəzən rayon sakini olan 53 yaşlı Abdul Zülfüqarov nəqliyyat vasitəsini idarə edərkən özünü pis hiss edib. Maşını yol kənarına çəkən sürücü qəfil vəfat edib.
Vəfat edən sürücünün Sumqayıtdakı zavodlardan birində çalışdığı bildirilir.