"Yolüstü"nün admini qəzada öldü

Facebookda  insanların yol yoldaşı axtardığı "Yolüstü" qrupunun admini 37 yaşlı Cəlal İbrahimov yol qəzasında vəfat edib.

 

Asayis.az qafqazinfo-ya istinadən xəbər verir ki, C.İbrahimovu avtomobil vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

 

C.İbrahimov Ağdaş-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olurmuş.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

10:15 - 25 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin