Lerikdə ailə faciəsi - 4 nəfər öldü +Yenilənib

 Lerikdə ailə faciəsi - 4 nəfər öldü +Yenilənib

Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lerik rayon prokurorluğundan Asayis.az  verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

***

Hadisə nəticəsində həlak olanların şəxsiyyəti müəyyən edilib:

1941-ci Il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B (azyaşlının ad və soyadı şərtidir).

18:42 - 24 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin