Polisdən ƏMƏLİYYAT: 60 nəfər tutuldu - VİDEO

 Polisdən ƏMƏLİYYAT: 60 nəfər tutuldu - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Hövsan, Yeni Günəşli, Yeni Suraxanı və Əmircan qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 7 nəfər – Seymur Rəşidov, Xəyal Sultanov, İbrahim İbrahimov, Rəşad Məmmədov, Namin Bədəlov, Səməndər Şükürov və Mikayıl Süleymanov saxlanılıblar.

Asayis.az xəbər verir ki,bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən ümumilikdə 10 kiloqramdan çox heroin, marixuana və metamfetamin aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Qeyd edək ki, Suraxanı rayonunda cari ilin mart və aprel aylarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 60 nəfər saxlanılıb. Onlar barəsində İdarənin İstintaq Şöbəsində araşdırmalar aparılır. Həmin dövrdə Suraxanı rayonunda üzərində qanunsuz olaraq silah saxlayan daha 2 nəfər də tutularaq istintaqa cəlb edilib. Onlardan 2 ədəd “Kalaşnikov” markalı avtomat silah aşkar edilib.

BAKU.WS

 

  •  
  • 0
  •  

055 225 10 01
Qaynar xətt

KOMMENTLƏR

Ev elanlarıPolisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEO“Bandotdel” əməliyyat keçirdi - 13 nəfər saxlanılıb - VİDEOBakıda polis əməliyyatlar keçirib - 40 nəfər saxlanılıb - VİDEOAzərbaycan polisindən böyük əməliyyat - 20 nəfər saxlanılıb - ANBAAN VİDEOSosial şəbəkələrdə “patı” və “şüşə” satan narkotacirlər saxlanıldı - VİDEO

 

15:09 - 24 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin