Ömrü 16 il uzadan gündəlik vərdiş

 Ömrü 16 il uzadan gündəlik vərdiş

Böyük Britaniyanın Lester Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, gündə yarım saat müntəzəm olaraq sürətli gəzintilər insan ömrünü 16 il uzadır.

Onlar bu qənaətə “UK Biobank” tərəfindən toplanmış 400 mindən çox iştirakçı haqqında məlumatların təhlilindən sonra gəliblər. Məlum olub ki, müntəzəm gəzməyə üstünlük verənlər 16 il daha çox yaşayırlar.

Tədqiqatçıların fikrincə, sürətli yerimək vərdişi telomerlərin uzunluğunu artıra bilər. Telomerlər xromosomların uclarında yerləşir və bədənin qocalma sürəti onların uzunluğundan asılıdır. Beləliklə, onlar nə qədər uzun olsalar, bioloji yaş bir o qədər aşağı olur və ya əksinə.

Bundan əlavə, müntəzəm gəzinti fiziki, zehni və sosial faydalar da verə bilər.

 

Oxu.az

11:09 - 24 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin