Laçın istiqamətində mövqelərimiz atəşə tutulub - MN

 Laçın istiqamətində mövqelərimiz atəşə tutulub - MN

Aprelin 23-ü saat 15:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Asayis.Az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

17:15 - 23 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin