Aydınlar Partiyasının növbədənkənar qurultayı keçirilib. Qurultayda mövcud geosiyasi və siyasi-hüquqi reallıqlar nəzərə alınmaqla partiyanın fəaliyyətinə xitam verilməsi məqsədəuyğun sayılıb. “Siyasi partiyalar haqqında” qanuna və partiyanın nizamnaməsinə uygun olaraq Aydınlar Partiyasının ləğv olunması və partiyanın dövlət reyestrindən çıxarılması üçün Ədliyyə Nazirliyinə müraciət edilməsi qərara alınıb.
Aydınlar Partiyası 2008-ci ilin dekabrında təsis olunub və 2009-cu ilin noyabrında Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Partiyanın sədri sabiq millət vəkili, Azərbaycan Respublikasının Prezidentliyinə namizəd olmuş Qulamhüseyn Əlibəylidir.
Pravda.az