Dünən “acından ölən”, “humanitar böhran” yaşayan Xankəndidə toy olub.
Asayis.Az xəbər verir ki, bu barədə “Joxovurd” erməni qəzeti məlumat yayıb. Toyu Qarabağ separatçılarının lideri Araik Arutyunyan edib.
“Dünən “Arsax” “prezident”i Arayik Arutyunyanın böyük qızı evlənib. Bizə məlumat verildi ki, cütlüyün toy tədbiri Qarabağda dar bir mühitdə baş tutub. Yalnız yaxın qohumları, dostları, “hakim elita”dan isə Arutyunyanın ən yaxın adamları iştirak edirdi.
Tədbir təmtəraqsız keçib. Qarabağdakı vəziyyətə görə, böyük səs-küy salmamağa çalışırdılar. Məlumata görə, bəy Əsgərani rayonunun Noraqiğ icmasından olan Arayik Arutyunyanın qızının tələbə yoldaşı olub”, – deyə qəzet yazıb.
P.S. Ara xəlvət, tülkü bəy, toy edirsən… Səs-küy salmağa qorxursan ki, yalanlarınız üzə çıxar? “Aclıqdı, talona möhtacıq, böhrandı, ölürük” şüarlarınız faş olar? Görünür, Arutyunyan da Paşinyan kimi nədənsə qorxmağa başlayıb.., doğru da edir.
Konkret.az