İmtahanda az bal topladı, özünü 15-ci mərtəbədən atdı

 İmtahanda az bal topladı, özünü 15-ci mərtəbədən atdı

Ötən gecə Xırdalan şəhərində intihar hadisəsi baş verib.

Asayis.Azın məlumatına görə, 2006-cı il təvəllüdlü S.Səlimov (şərti soyadlı) şəhərin Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən özünü atıb. 17 yaşlı oğlan hadisə yerində vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, S.Səlimov orta məktəbin 11-ci sinif şagirdi olub və bir neçə gün əvvəl buraxılış imtahanı verib. Dünən imtahanın nəticələri açıqlanarkən o, gözlədiyindən az bal toplayıb. Daha sonra o, həyatına qəsd edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. “Qafqazinfo”

10:20 - 20 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin