Samuxda intihar edən yeniyetmənin məktəbli olduğu məlum olub.
Asayis.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, su kanalının üzərindəki borudan özünü asan 17 yaşlı Amil Alıyev rayonun Sərkar kənd orta məktəbinin 10-cu sinfində oxuyurmuş.
Saat: 12:01
Samux rayonunda intihar hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb.
17 yaşlı Amil İlham oğlu Alıyev kənd ərazisindən keçən su kanalının üzərindəki borudan özünü asıb. Onun asılmış meyitini yerli sakinlər aşkar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırılma aparılır.